Kollektivlər əsgərlərlə görüşüb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin kollektivləri də ənənələrə sadiq qalaraq Kəngərli rayon ərazisindəki sərhəd zastavasında olub, əsgərlərə bayram sovqatı aparıblar.
Ağır Cinayətlər Məhkəməsinin sədri Hüseyn Məmmədov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov qarşıdan gələn bayramlar münasibəti ilə əsgər və zabitləri təbrik edib, onlara çətin və şərəfli xidmətlərində uğurlar arzulayıblar.
Əsgər və zabitlərlə keçirilən görüşdə ordu ilə xalqın birliyindən də danışılıb. Əsgər Namiq Abbasov və zabit Muxtar Ağayev göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.
Sonra gətirilən bayram sovqatı sərhəd zastavasının şəxsi heyətinə təqdim olunub.
Əbülfəz Dünyamalıyev