“Əyləncə mərkəzi”ndə uşaqlar üçün bayram şənliyi keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Gənclər Fondunun və “Cahan Holdinq” Şirkətlər İttifaqının birgə təşkilatçılığı ilə “Əyləncə mərkəzi”ndə31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə sağlamlıq imkanları məhdud uşaqlar üçün bayram şənliyi təşkil olunub. Sosial könüllülərin də iştirak etdiyi tədbirdə sağlamlıq imkanları məhdud uşaqlar Naxçıvan “Əyləncə mərkəzində olan mini zooparkda saxlanılan heyvanlara tamaşa edib, ərazini gəziblər. Daha sonra çay süfrəsi ətrafında davam edən tədbirdə sağlamlıq imkanları məhdud uşaqlar və sosial könüllülər tərəfindən hazırlanan musiqi və rəqs nömrələri nümayiş olunub. Bayram personajları Şaxta baba və Qar qızın da iştirak etdiyi tədbirdə uşaqlara bayram hədiyyələri  təqdim olunub. 

Qeyd edək ki, tədbir təşkilatçıları, o cümlədən Şaxta baba və Qar qız hərəkət məhdudluğu səbəbindən tədbirə gələ  bilməyən uşaqların evlərində olub, onlara hədiyyələr təqdim ediblər.

 

                                                                             Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: