Tələbə evində intellektual oyun keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Tələbə evində 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni ilə münasibətilə intellektual oyun keçirilib. Yarışdan öncə universitetin rektoru Elbrus İsayev Tələbə evində yeni kitablarla təmin olunmuş oxu zalı ilə tanış olub. Yarış iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.

Sonra intellektual yarışa start verilib. Beş tur və hər turda 5 sual olmaqla, ümumilikdə 25 sual təqdim edilib. Hər sualın cavablandırılması üçün 1 dəqiqə  vaxt verilib.

Sonda “Alfa” komandası 25 xalla qalib olub. “Günnüt” və “Zəfər” komandaları müvafiq olaraq 23 və 18 xal toplamaqla II və III yerləri bölüşüblər. 

Qalib komandaların üzvləri universitetin diplomu ilə təltif olunublar.

 

Taleh Haxverdiyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: