NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda qış imtahan sessiyasının şəffaf və obyektiv keçirilməsi üçün bir sıra əlavə qaydalar müəyyən edilib. Bu barədə məlumatı İnstitutun prorektoru Azad Novruzov qış imtahan sessiyasına hazırlıqla bağlı professor-müəllim və tədrisə köməkçi heyətlə keçirilən iclasda vurğulayıb. Qeyd olunub ki, əsas məqsəd tələbələrin biliyinin düzgün qiymətləndirilməsidir.
Tədbirdə imtahanaqədərki hazırlıq, əməkdaşların imtahan prosesindəki fəaliyyətləri, yaradılmış operativ qərargah və münaqişə komissiyaları haqqında ətraflı məlumat verilib.