Aztəminatlı ailəyə baş çəkilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikasının Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Naxçıvan şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhər Tumbul inzibatı ərazi dairəsində yaşayan aztəminatlı və sağlamlıq imkanı məhdud Allahverdiyevlər ailəsinə baş çəkilib.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, görüşdə bildirilib ki, dövlətimiz tərəfindən aztəminatlı ailələrə daim diqqət və qayğı göstərilir. Muxtar respublikada əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, aztəminatlı, xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial təminatlarının gücləndirilməsi və yoxsulluğun azaldılması istiqamətində ardıcıl olaraq tədbirlər həyata keçirilir. Onların sosial rifahını yüksəltmək üçün məşğulluq problemi həll olunur, aztəminatlı ailənin nümayəndələri ilə vaxtaşırı görüşlər təşkil edilir, maddi və mənəvi cəhətdən dəstək göstərilir.

Sonra aztəminatlı ailənin yaşayış şəraiti ilə maraqlanılıb, ailə üzvlərinə səyyari tibbi xidmət göstərilib, onlara ərzaq payı, geyim dəsti verilib.
Ailə üzvləri isə dövlətimiz tərəfindən onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: