Salam, 2020, SALAM

A- A A+

NUHÇIXAN Sahil Tahirlinin 2020-ci ilin gəlişi münasibəti ilə yazdığı “Salam, 2020, SALAM!” şeirini təqdim edir:

 

Ötən əlvidadı, gələn salamdı,

Hər gün yeni ümid, təzə gümandı,

19 atını sürdü dayandı,

Mənim təzə ümid, arzular qalam,

Salam, 2020, SALAM!

***

Bir  beşik başında çağa səsidi,

Kiminin  son ili, son həvəsidi,

Kiminə bir günü ömür bəsidi,

Mənim kövrək qızım, mehriban balam,

Salam, 2020, SALAM!

***

Həmrəylik, Yeni il arzusudur o,

Bəlkə bir kor quşun ruzusudur o,

Kiminin körpəsi, quzusudur o,

Yolumu gözləyən ağ saçlı anam,

Salam, 2020, SALAM!

***

Günnüt yallısıdı, neydi, cəngidi,

Şuşa dağlarının minbir rəngidi,

Bu adi səs deyil, zəfər zəngidi,

Yolumu Kəlbəcər, Laçından salam...

...Salam, 2020, SALAM!

***

Bir ocaq yandıram Haçadağımda,

Əlincə daşımda, hay-harayımda,

Nuhun türbəsində, Xan sarayımda,

Günəş tək Vətənin üstündə yanam,

Salam, 2020, SALAM!

***

Zamana güc gələm, duram, dayanam,

Özümü Göy boyda məhəbbət sanam,

Dönüb uşaq olam, balaca qalam,

Ay mənim sevdiyim, al-əlvan sonam,

Salam, 2020, Aleykum SALAM!

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: