“Görüş yeri” kafesində 31 dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il qeyd olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki,“Görüş yeri” kafesində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 31 dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibətilə şənlik təşkil olunub.

Könüllü gənclərin iştirak etdiyi bayram şənliyində çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Ayaz Cabbarov gəncləri hər iki bayram münasibətilə təbrik edib. Qeyd olunub ki, 2019-cu il nazirliyin könüllülərinin göstərdikləri fəallığa, aktivliyə və nazirlik tərəfindən təşkil olunan bir sıra tədbirlərdə iştiraklarına görə yaddaqalan bir il olub.

Sonra 2019-cu il ərzində nazirliyin bir sıra tədbirlərində fəallıq göstərən könüllü gənclər diplomlarla təltif olunublar.

Tədbir musiqi nömrələri ilə davam edib.

Şənlikdə gənclər tərəfindən şeirlər səsləndirilib və “Şaxta baba” ilə bir sıra əyləncəli oyunlar oynanılıb. Mahnı və rəqslərlə davam edən şənlik hər bir könüllü tərəfindən yaddaqalan olub.

 

                                             Ərhan Novruzov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: