Xəstəliklərdən qorunmaqda meyvələrin təsiri

A- A A+

Soyuq qış ayları orqanizmin müqavimətinin ən zəif  olduğu  bir dövrdür. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, sağlam bir həyat üçün gün ərzində 400 qram meyvə və tərəvəz istehlak edilməlidir. Qış soyuğu özü ilə bərabər müxtəlif xəstəlikləri də gətirir. Sağlam və vitaminli qidalara üstünlük vermək isə əsas şərtdir. Meyvə və tərəvəz istehlakının çox olması insanı müxtəlif xroniki xəstəliklərdən, ürək-damar, diabet, xərçəngdən qoruyur. Bu baxımdan vitamin (xüsusilə C vitamini), mineral, antioksidant və lif anbarı olan meyvələrin daha çox qəbul edilməsi orqanizmin qoruyucu təsirini daha da artırır. Tərkibində bolluca C vitamini olan və immunitet sistemini gücləndirən qidalara üstünlük verməklə qışın gətirdiyi bəlalardan orqanizmi nisbətən qorumaq mümkündür.

Həkimlər qış mövsümündə xüsusilə bol vitaminli və zülallı qidalara üstünlük verməyi tövsiyyə edir. İnfeksion xəstəliklərin daha çox müşahidə edildiyi soyuq aylarda mütləq balanslı bəslənməyə diqqət etmək gərəkdir. Bu, bütün yaş qrupları üçün keçərlidir. Əsasən uşaqlar, hamilələr, körpəyə ana südü verən qadınlar, yaşlılar və müxtəlif xəstəliklərdən əziyyət çəkən xəstələr zülal, karbohidrat, vitamin və minerallarla zəngin olan müxtəlif çeşidli qidalarla bəslənməlidirlər.

Süd, qatıq, pendir, yumurta, toyuq əti, mal əti, balıq kimi qidalar ən güclü protein qaynaqlarıdır. Yeməklərin və salatların hazırlanmasında bitki mənşəli yağlardan zeytun, fındıq, günəbaxan, qarğıdalı yağlarından istifadə etmək məsləhətdir. Güclü zülal qaynağı olan Omega-3 yağ turşuları ilə zəngin qidalar isə bitki mənşəli yağlar və dəniz mənşəli məhsullarda vardır. Hal-hazırda mövsümdən asılı olmayaraq müxtəlif meyvələri tapmaq mümkündür. Ümumiyyətlə, bütün dünyada mütəxəssislər meyvə və tərəvəzlərdən mövsümündə istifadə etməyi məsləhət görürlər. Yay meyvələrini qışda yemək orqanizm üçün o qədər də xeyirli deyil. Hər bir ölkənin özünə uyğun coğrafi şəraiti var və bunu nəzərə alaraq qidalanmaq lazımdır.

Doğma diyarımız bol sulu meyvələri,tərəvəzləri ilə zəngindir.Çalışın günlük qida rasionunuz meyvəsiz ötüşməsin.                                                                    

                                                              “Oğuz yurdu” qəzeti

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: