Şərur rayonunda əkinəyararlı torpaq sahələri çoxdur. Zəhmət adamları həyətyanı sahələrini və pay torpaqlarını əkib-becərir, özlərinə yaxşı gün-güzəran yaradırlar. Dövlətimizin bu sahədə torpaq mülkiyyətçilərinə göstərdiyi hərtərəfli qayğını xüsusilə qeyd etmək lazımdır. Belə ki, torpaq əkib-becərənlərə maliyyə yardımlarından tutmuş, məhsuldar toxum sortları, gübrə və texnikayadək, bütün sahələrdə köməkliklər göstərilir, əkinçilərin ehtiyacları təmin edilir, onların səmərəli fəaliyyət göstərməsi üçün münbit şərait yaradılır.
Kənd əməkçiləri taxılçılığa daha çox meyil göstərirlər. Bu sahənin ildən-ilə inkişaf etməsi, qazanılın nailiyyətlərin artması da bununla bağlıdır.
2020-ci ildə bol məhsul əldə etmək istəyən sahibkarlar inidən taxıl əkini kampaniyasını davam etdirirlər. İndiyədək 3 min hektardan çox sahəyə buğda və arpa toxumu səpilmişdir.
Zeyvə, Düdəngə, Xanlıqlar, Dəmirçi, Şəhriyar, Muğanlı, Püsyan, Yengicə və digər inzibati ərazi dairələrində daha çox taxıl əkilib. Toxum səpilən sahələr təcili suvarılır.
Kənd sahibkarları bu ilə torpağın əliacıq olacağından əminliklə danışır.
“Şərurun səsi” qəzeti