Naxçıvanda ictimai müzakirə keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Tarix Muzeyində “Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı seçilməsi milli qurtuluşun bəhrəsidir” mövzusunda ictimai müzakirə təşkil edilib.
Bildirilib ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı.
Muxtar respublikanın islam mədəniyyətinin paytaxtı seçilməsinin əhəmiyyətindən və tarixi, dini abidələrə göstərilən qayğıdan da söhbət açılıb.
Mədinə Rəhimli