Naxçıvanda 15 balıqçılıq təsərrüfatı fəaliyyət göstərir - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında 15 balıqçılıq təsərrüfatı fəaliyyət göstərir. Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları  mütəmadi olaraq həmin təsərrüfatlarda olur, burada maarifləndirmə işləri aparırlar.

Bu dəfə isə Qarabağlar kəndində fəaliyyət göstərən “Asnı balıqçılıq” təsərrüfatında suyun təmizliyinə əməl olunması, xəstəliklərə qarşı vaxtında profilaktik  tədbirlərin əhəmiyyəti ilə bağlı tədbir keçirilib. Mütəxəssislər bildiriblər ki, xəstəliklərin qarşısını almaq üçün ilk növbədə sanitar qaydalara əməl olunmalıdır.

Qarabağlar kəndində fəaliyyət göstərən “Asnı balıqçılıq” təsərrüfatında 31 hovuz var. Burada əsasən Forel balığı yetişdirilir.  Hovuzlarda  böyüdülən balıqlar muxtar respublikanın daxili bazarının təlabatını ödəmək üçün satışa çıxarılır.

 Sadiq Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: