Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin qarşısında bayram şənliyi keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin qarşısında bayram şənliyi keçirilib.

Bayram şənliyinə uşaqların sevimlisi olan Şaxta baba və Qar qız gəlib, məktəbliləri təbrik ediblər. Balacalar vətənə, xalqa həsr edilən şeirlər söyləyiblər. Ən yaxşı şeir deyənlərə hədiyyələr verilib.  

Mərkəzin “Əlvan çiçəklər” vokal və rəqs qruplarının, “Nağara” və “Qarmon” ansambllarının, eləcə də istedadlı dərnək üzvlərinin ifasında biri-birindən maraqlı rəqslər nümayiş olunub, musiqi nömrələri səsləndirilib.

 

Mədinə Rəhimli

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: