Şərur, Culfa və Şahbuz rayonlarında bayram tədbirləri təşkil olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, bayram günlərində sakinlərin və turistlərin  mənalı istirahətini təmin etmək  üçün Şərur, Culfa və Şahbuz rayonlarında bayram tədbirləri təşkil olunub.

Şərur rayonunda bayram tədbiri Heydər Parkında keçirilib. Rayon mədəniyyət evinin “ Arpaçay” ansamblı rayon sakinləri qarşısında çıxış edib.

Culfa rayonunda da 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə təşkil edilən konsert proqramında Rayon Mədəniyyət Şöbəsinin musiqi kollektivləri maraqlı ifaları ilə iştirakçılara əsl bayram ovqatı bəxş ediblər.

Şahbuz rayonunda isə bayram tədbirləri Rayon Mədəniyyət Sarayının qarşısında, Kolanı və Biçənək kəndlərində təşkil olunub.

Bayram tədbirində Şahbuz Rayon Mədəniyyət Evinin “Batabat” ansamblının, rayon uşaq musiqi məktəblərinin  ifaları alqışlarla qarşılanıb. Rayon Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin rəqs kollektivləri  və uşaq bağçasının balaca fidanlarının çıxışları da bayram tədbirlərini daha maraqlı edib. Tədbirdə Şaxta baba və Qar qız balacalara bayram hədiyyəsi paylayıb.

Qeyd edək ki növbəti tədbir Ağbulaq kəndində keçiriləcək.

                                                               Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: