Naxçıvanda hazırlanan layihə beynəlxalq qrant müsabiqəsinin qalibi olub

A- A A+

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, bölmənin Batabat Astrofizika Rəsədxanası Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun və Rusiya Fundamental Tədqiqatlar Fondunun birlikdə keçirdiyi beynəlxalq qrant müsabiqəsinin qalibi olub.

“Günəş və heliogeofiziki aktivliyin variasiyalarının fizikası, uzunmüddətli proqnozlaşdırılması və biosistemlərə təsiri” adlı qrant layihəsi 2 il müddətində yerinə yetiriləcək.  Layihə çərçivəsində aparılacaq elmi-tədqiqat işlərinin əsas istiqamətləri Günəş-Yer əlaqələrinin fizikası, həm Günəşdə, həm də yerətrafı fəzada baş verən bəzi fəal hadisələrin biosistemlərə təsiri sahəsində olacaq. Nəzərdə tutulan işlərin yerinə yetirilməsi ilə alınacaq elmi nəticələr bioloji və ekoloji sistemlərlə bağlı bəzi proseslərin uzunmüddətli proqnozlaşdırılması məsələlərinin həllinə köməklik göstərəcək.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: