Ağbulaq kəndində bayram tədbiri keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Şahbuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə turizmin ən gözəl ünvanlarından olan Ağbulaq kəndində yerli sakinlərin və turistlərin istirahətini mənalı təşkil etmək üçün bayram tədbiri kecirilib.
Tədbirdə Rayonun Mədəniyyət Evinin "Batabat" instrumental ansamblının, rayon uşaq musiqi məktəblərinin bir-birindən maraqlı ifaları iştirakçılar tərəfindən alqışlarla qarşılanıb və milli birliyimizə, həmrəyliyimizə, sarsılmaz dövlətçiliyimizə, müstəqilliyimizə, doğma yurdumuza həsr edilmiş şeirlər, mahnılar səsləndirilib və rəqslər ifa olunub.
Şaxta baba və Qar qız balacalara hədiyyələr paylayıblar. Həmçinin ailə təsərrüfatları tərəfindən əhaliyə ictimai-iaşə xidməti göstərilib. İsti təndir lavaşı, çöçə və şirniyyatlar, sacda bişirilmiş müxtəlif tərkibli kətələr və kəndin bir çox təbii nemətləri tədbir iştirakçılarına təqdim olunub. Qonaqlara təqdim edilən milli mətbəx nümunələrinin hamısı Ağbulaq kəndinin ailə təsərrüfatlarında hazırlanıb.
Tədbirdə qədim dövlətçilik tariximizi özündə əks etdirən antik əşyaların sərgisi də təşkil olunub. Bayram şənliyində iştirak edən yerli əhali və turistlər ictimai-iaşə xidmətinin təşkilindən və Ağbulaqda yaradılan şəraitdən razılaqlarını bildiriblər.