Kollektivlər muzeylərdə olublar - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, muxtar respublikada fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının, eləcə də digər təşkilat və qurumların əməkdaşlarının Naxçıvan şəhərindəki muzeylərə ekskursiyaları davam edir.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, “Naxçıvan Dəmir Yolları” MMC və Naxçıvan Beynəlxalq Hava Limanının Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti və Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi Biznes Mərkəzində olublar. Qonaqlara mərkəz haqqında geniş məlumat verilib.
Həmçinin Mərkəzi Bank Naxçıvan Muxtar Respublikası İdarəsinin əməkdaşları Cəmşid Naxçıvanskinin ev muzeyində, Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin kollektivi «Naxçıvanqala» Tarix Memarlıq Muzey Kompleksində, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin kollektivi Dövlət Xalça Muzeyində, Dövlət Energetika Xidmətinin kollektivi Xan sarayında, Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin kollektivi Dövlət Tarix Muzeyində olublar.
Eyni zamanda Naxçıvan Dövlət Baş Sığorta Agentliyinin kollektivi Ədəbiyyat Muzeyində, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının kollektivi Naxçıvan Duz Muzeyində, Dövlət Baytarlıq Xidmətinin kollektivi Hüseyn Cavidin Ev Muzeyində, Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin kollektivi isə Dövlət Bayraq Muzeyini ziyarət ediblər.
Sadiq Məmmədov