NUHÇIXAN xəbər verir ki, Şahbuz rayonunun Türkeş kəndinin ərazisində yerləşən XVI-XX əsrlərə aid edilən qəbiristanlıqda abadlıq işləri görülüb, çəpərləmə işləri aparılıb. Arxeoloji abidə kimi qorunan qəbiristanlıq 400 metr ərazidə yerləşir. Qəbirlərin bir çoxunun yerüstü əlamətləri itib, yalnız baş daşları salamat qalıb.
Qeyd edək ki, Şahbuz rayonu ərazisində Eneolit, Tunc, Dəmir dövrlərinə, antik dövrə və orta əsrlərə aid yaşayış yerləri, qəbir abidələri çoxdur və tarixi özündə əks etdirən bu abidələr tədqiqatçılar tərəfindən qeydə alınır və öyrənilir.