AMEA Naxçıvan bölməsində 2019-cu ilin yekunları müzakirə edildi

A- A A+

NUHÇIXAN xəbər verir ki, Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onbirinci sessiyasının yekunları Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində də müzakirə edilib.

Bölmədə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev AMEA  Naxçivan  bölməsinin  2019-cu  ildəki  elmi  və  elmi-təşkilati  fəaliyyəti  haqqinda hesabat məruzəsi ilə çıxış edib. Qeyd olunub ki, hesabat dövründə elmi tədqiqat işləri 23 şöbə və 8 laboratoriyada 2 akademik, 4 müxbir üzv, 6 elmlər doktoru, 52 fəlsəfə doktoru, 32 disertant olmaqla 96 elmi və köməkçi heyət tərəfindən yerinə yetirilib. Akademik bildirib ki, 2019-cu ildə bölmə əməkdaşlarının 18 monoqrafiyası, 8 kitabı, 1 kitabçası, 3 metodik vəsaiti, 551 elmi məqaləsi, 223 konfrans materialı, 7 tezisi olmaqla 811 elmi əsəri çap olunub, 4 buklet və 1 xəritə tərtib edilib. Monoqrafiyalardan 4-ü, elmi məqalələrdən 75-i, konfrans materiallarından 58-i, tezislərdən biri xaricdə nəşr olunub.

Vurğulanıb ki, Böl­­mə­də iki se­riya üzrə “Elmi əsərlər” və “Ax­tarış­lar” jur­nalı­nın dörd nöm­rəsi çap­­dan çıx­ıb ki, bu nöm­­­rə­lərdə Bölmə əmək­­­daş­la­rının 208 mə­qaləsi nəşr olun­ub. Məqalə­lərin 93-ü xa­ric­də ol­maq­la 445-i beynəl­xalq kod­­lu nü­fuzlu elmi jur­nal­­larda çapdan çıxıb. Vikipe­di­yada 100-dən çox məqa­lə yerləş­diril­ib, 8 mono­qrafiya, 2 kitab nəşr üçün ha­zır­lanıb, 284 elmi məqa­lə çapa təq­dim edilib.

İsmayıl Hacıyev deyib ki, Bölmənin Təbii Ehtiyatlar İnstitutunun əməkdaşları Biləv alü­mi­nium süxu­run­dan alı­nan alüminium sul­fat və alüminium zəyinə dair iki ixtira tərtib edərək Azər­baycan Respublikasının Əqli Mül­kiyyət Ağentliyinə təqdim edib. Eyni zamanda Bi­ləv alü­mi­nium süxurundan alı­nan zəy üçün təlimat hazırlanıb.

O da bildirilib ki, 2019-ci ildə AMEA Naxçıvan Böl­məsi üzrə 2 respublika sə­viyyəli qrant la­yi­hə­sinin icrası başa çatıb, 2-si beynəlxalq və 1-i respublika sə­viyyəli olmaqla 3 qrant layı­hə­­si­nin icrası isə ha­zır­da davam etdirilir.

Akademik elmi-kadrların hazırlanması, gənc elmi işçilər, beynəlxalq əlaqələr, maddi-texniki bazanın artırılmas və digər məsələlər haqqında ətraflı məlumat verib.

Sonda məruzə ətrafında çıxışlar dinlənilib.

                                                                  Vüsal Muradov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: