“Məktəblilərin təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsi”nə start verilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə “Məktəblilərin təsviri və dekorativ-tətbiqi sənət  müsabiqəsi” başlayıb.

Müsabiqə yanvarın 8-dən 24-dək  muxtar respublikanın  bütün  şəhər və rayon ümumtəhsil  məktəblərinin  şagirdləri arasında nəzərdə tutulub. İlk olaraq Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində  Naxçıvan Şəhər Təhsil Şöbəsinin  tabeliyində olan ümumtəhsil  məktəblərinin şagirdləri arasında keçirilib.

Müsabiqədə “Naxçıvan dünən və bu gün”, “Naxçıvan abidələri”, “Müasir Naxçıvan”, “Naxçıvan Muxtar Respublikası -95 ” mövzularında müxtəlif  əl işləri ilə 116 şagird  iştirak edib.

Münsiflər heyəti tərəfindən 5 ballıq sistemə uyğun qiymətləndirmə aparılıb. Təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsi üzrə 5 həvəsləndirici yer olmaqla  ümumilikdə  22 qalib  müəyyənləşdirilib. Qaliblərə təşkilatçılar tərəfindən  diplomlar təqdim olunub.

Qeyd edək ki, I, II və III yerin qalibləri muxtar respublika mərhələsinə vəsiqə qazanıb.                      

                                                      Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: