Doktorant və dissertantların attestasiyası keçirilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetində təhsil alan doktorant və dissertantların attestasiyası münasibətilə keçirilən iclasda universitetin rektoru Nurlana Əliyeva dissertasiya mövzularına dair tədqiqatların aparılmasının və dünyanın nüfuzlu elmi bazaları ilə əməkdaşlıq əlaqələrinin yaradılmasının zəruriliyindən danışıb.

Sonra universitetin doktorant və dissertantları 2019-cu il ərzində yerinə yetirdikləri elmi-tədqiqat işləri haqqında hesabat veriblər. Onların fərdi iş planlarında nəzərdə tutulmuş işlər, konfranslarda iştirak, çap işləri müzakirə edilib.  Attestasiya komissiyası üzvlərinin təklif və tövsiyələri dinlənilib. Mövcud tələbləri yerinə yetirən doktorant və dissertantlar növbəti təhsil ilinə buraxılıb.

Qeyd edək ki, “Naxçıvan” Universitetində 11 ixtisas üzrə 6 doktorant, 17 dissertant təhsil alır. Bunlardan bir nəfər doktorant isə xarici ölkə vətəndaşıdır.

Seyfur Hacımuradov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: