Ötən ildə muxtar respublikada 238,5 hektar sahədə yeni meyvə bağları salınıb

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində kollegiya iclası keçirilib. Keçirilən kollegiya iclasında nazir Mayis Əliyev çıxış edərək bildirib ki, 2019-cu ildə də muxtar respublika ərazisində ekoloji tarazlığın qorunması üçün meşələrin mühafizəsi, yeni meyvə bağlarının, meşə massivlərinin, yaşıllıq zolaqlarının salınmasına xüsusi diqqət yetirilib. Ötən ildə 583,2 hektar sahədə yaşıllaşdırma, meşəsalma və meşəbərpa tədbirləri icra edilib. Bunun 238,5 hektarı yeni meyvə bağları, 13,8 hektarı üzüm bağları, 147,9 hektarı meşəbərpa, 183 hektarı isə toxumla əkin işləridir. Yaşıllaşdırma tədbirlərində 300 mindən çox meyvə tingi, həmişəyaşıl ağaclar, meşə tingi, bəzək və gül kolları, 1929 kq müxtəlif meyvə toxumları əkilib. Ötən ildə muxtar respublikanın relyefi dəyişkən ərazilərində, meşə fondu torpaqlarda toxumla əkin aparılmasına üstünlük verilib və toxumla əkin ümumi əkinin 31 faizini  təşkil edib.  Muxtar respublika ərazisində aparılacaq yaşıllaşdırma tədbirlərinə dair hazırlanan “Əkin planı”na uyğun olaraq muxtar respublikada ailə təsərrüfatları, idarə və təşkilatlar tərəfindən ümumilikdə 297,4  hektar sahədə meşəsalma və meşəbərpa tədbirləri icra edilib ki,  bunun da 61,6 hektarı ailə təsərrüfatları və idarə -təşkilatların payına düşür.

Mayis Əliyev qeyd edib ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq dağlıq və orta dağlıq ərazilərdə meyvəçiliyin inkişaf etdirilməsi məqsədilə qoruq, milli park və yasaqlıq ərazilərində ümumilikdə 12,5  hektar olmaqla, 1 ha sahədə üzüm, 11,5 ha sahədə cəviz, alma, armud, alça bağları salınıb.

Hesabat ilində faydalı qazıntı yataqlarının öyrənilməsi, kəşfiyyat işlərinin aparılması sahəsində işlər davam etdirilib. Geoloji kəşfiyyat işləri kameral və çöl şəraitində aparılıb. Geoloji axtarış işlərinin davamı olaraq Toydaş filizləşmə sahəsində mis-molibden yataqlarında axtarış işlərini başa çatdırmaq məqsədilə  tədbirlər icra edilib, Duzdağ daşduz yatağında təftiş xarakterli işlər yekunlaşdırılıb. Qarabağlar travertin yatağının şimal-qərb hissəsində hər birinin dərinliyi 25 m-ə qədər olan 11 kəşfiyyat quyusu qazılıb. Vurğulanıb ki, ötən ilin noyabr ayında Bakı Ekspo Mərkəzində   "Caspian Ecology” 10-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Yubiley Sərgisində muxtar respublikanın Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri, Naxçıvanın zəngin təbiəti, ekoturizm potensialı, meşə ehtiyatları, ekoloji saf yerli məhsulları, faydalı qazıntıları, qapalı suvarma sistemləri, foto stendlər, video çarxlar, bu sahədə çap edilən yeni ədəbiyyatlarla yanaşı, alternativ və bərpa olunan enerji mənbələri, terraslarda salınan meyvə bağları və Duzdağ Fizioterapiya Mərkəzinin maketləri sərgilənib. 

Mayis Əliyev 2020-ci ildə görüləcək işlərdən də  bəhs edib.

Kollegiya iclasında  nazirliyin ayrı-ayrı şöbə və bölmə rəhbərlərinin hesabatı dinlənilib, qərar layihəsi oxunaraq qəbul edilib.

 

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: