Dövlət Statistika Komitəsində maarifləndirici tədbir keçirilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin və Dövlət Statistika Komitəsinin birgə fəaliyyət planına uyğun olaraq mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyi məsələləri ilə bağlı maarifləndirici tədbir keçirilib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, tədbirdə bölmə rəisi kapitan Rəcəb Səfərov Dövlət Statistika Komitəsində mülki müdafiə işinin təşkili və aparılmasına qoyulan müasir tələblər, dəm qazından zəhərlənmə və ondan qorunma yolları mövzularında iştirakçılara məlumat verib.

Sonra nazirliyin baş məsləhətçisi Azadə Cəfərova məişətdə uşaq dəcəlliyinidən baş verən civə dağılmaları və onun aradan qaldırılması ilə bağlı görlməsi vacib olan tədbirlərdən danışıb. Bildirib ki, dağılan civə hissəciklərinin yığılması üçün tibbi şpris, yoğun iynə və ya məftil, nazik ucluqlu armudvari rezin pipetka lazımdır. Yığılan  civə hissəcikləri isə xüsusi şəraitdə ağzı kip bağlanan şüşə bankada saxlanılmalıdır.

Nazirliyin baş məsləhətçisi Əbülfəz Qafarov məişətdə qaz və elektrik təsərrüfatından istifadə zamanı yanğın təhlükəsizliyi qaydaları, istifadə olunmayan məişət-elektrik avadanlıqlarının davamlı olaraq cərəyana qoşulu qalmasının təhlükəli tərəfləri haqqında tədbir iştirakçılarına məlumat verib.

Sonda mövzulara aid video-çarxlar, videolar təqdim edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: