Naxçıvanda sərnişindaşıma xidmətinin səviyyəsi ildən-ilə daha da yüksəlir

A- A A+

Ötən il muxtar respublika daxilində sərnişindaşıma xidmətinin səviyyəsi daha da yüksəldilib, 135 marşrut xəttində 313 avtobusla rayon mərkəzləri və kənd yaşayış məntəqələri marşrutla təmin edilib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətində 2019-cu ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda danışılıb.

İclasda çıxış edən xidmətin rəisi Əli Hüseynəliyev bildirib ki, Ali Məclis Sədrinin 2018-ci il 22 oktyabr tarixli Fərmanına əsasən muxtar respublika üzrə avtomobil nəqliyyatı ilə sərnişin daşınması fəaliyyətinə lisenziyaların verilməsi işi 2019-cu ildə də uğurla davam etdirilib, hesabat dövrü ərzində 803 sahibkara lisenziya təqdim olunub.

“Beynəlxalq sərnişindaşıma xidməti göstərən avtobusların fəaliyyəti də diqqətdə saxlanılıb, Türkiyə və İran şirkətləri ilə bağlanmış müqavilələr əsasında sərnişindaşıma xidməti həyata keçirilib. Ali Məclis Sədrinin tapşırığına uyğun olaraq muxtar respublika sakinlərinin Bakı şəhəri ilə əlaqəsinin daha da genişləndirilməsi və vaxt itkisinin azaldılması məqsədilə 2019-cu il yanvar ayının 11-dən etibarən Naxçıvan-Bakı-Naxçıvan marşrutunun gündüz reysləri ilə yanaşı, gecə reysləri də fəaliyyətə başlayıb”, - deyən Əli Hüseynəliyev qeyd edib ki, bu marşrutdan istifadə edən sərnişinlərə göstərilən nəqliyyat xidmətlərinin səviyyəsini yüksəltmək məqsədilə ötən ilin iyul ayından başlayaraq Naxçıvan-Bakı-Naxçıvan marşrut xətti üzrə hərəkət edən avtobuslara tətbiq olunan gömrük nəzarəti sadələşdirilib. Bu məqsədlə Naxçıvan şəhərindəki avtovağzal kompleksində gömrük nəzarəti zonası yaradılıb. Bu da sərnişinlərin rahatlığının təmin edilməsinə, sərhədkeçmə prosesinin sürətləndirilməsinə və avtobusların mənzilbaşına daha tez çatmalarına geniş imkanlar yaradıb. 2019-cu il ərzində bu marşrutla Naxçıvandan Bakıya, ümumilikdə, 950 reys edilib, 30 min 906 sərnişin daşınıb.

İclas məruzə ətrafında çıxışlarla davam edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: