NUHÇIXAN xəbər verir ki, bu gün Rusiyanın paytaxtı Moskvada futbol üzrə 2018-ci il dünya çempionatı start götürəcək.
XXI mundialın Bakı vaxtı ilə saat 18:30-da başlanacaq açılış mərasimi “Lujniki” stadionunda keçiriləcək. Təbdirdə britaniyalı ifaçı Robbi Uilyams və rusiyalı opera müğənnisi Aida Qarifullina çıxış edəcəklər.
Mundialın ilk oyunu meydan sahibi Rusiya millisi ilə Səudiyyə Ərəbistanı yığması arasında olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.