Büdcə vəsaitlərinin qanunauyğun və səmərəli istifadəsi dövlət nəzarətindədir

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində keçirilən kollegiya iclasında Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini-Maliyyə naziri Səbuhi Məmmədov məruzə edib.

Bildirilib ki, 2019-cu ildə Naxçıvan Muxtar Respublikasında icrası nəzərdə tutulan bütün dövlət proqramlarının və investisiya layihələrinin uğurla icrasına, etibarlı maliyyəşmənin təmin edilməsinə nail olunub.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin 2019-cu ildə gəlirləri 83 milyon 340 min manat təyinata qarşı 96 milyon 24 min 248 manat və ya 115,2 faiz icra olunmaqla büdcəyə 12 milyon 684 min 248 manat artıq vəsait daxil olub. Büdcənin icrasında əməyin ödənilməsi, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri 210 milyon 726 min 589 manat olmaqla ümumi xərclərinin 38,5 faizini təşkil edib. Bu 2018-ci illə müqayisədə 6,8 faiz çoxdur.

Səbuhi Məmmədov diqqətə çatdırıb ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onbirinci sessiyasında “Naxçıvan Muxtar Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında" Naxçıvan Muxtar Respublikasının Qanunu təsdiq edilib. Dövlət büdcəsinin gəlirləri 113 milyon 200 min manat proqnozlaşdırılır ki, bu da 2019-cu ilin büdcəsi ilə müqayisədə 29 milyon 860 min manat və ya 35,8 faiz çoxdur.

“Naxçıvan Muxtar Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun tətbiqi barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 21 dekabr 2019-cu il tarixli Fərmanında Maliyyə Nazirliyinə dövlət büdcəsindən maliyyələşən və ya maliyyə yardımı alan təşkilatlarda maliyyə intizamının gücləndirilməsi, israfçılığın qarşısının alınması, izafi xərclərə yol verilməməsi və büdcə vəsaitlərindən qənaətlə istifadə olunması istiqamətində aidiyyəti tədbirlərin görülməsi barədə tapşırıqlar verilib.

Məruzə ətrafında müzakirələr dinlənilib. Sonda nazirliyin  2020-il üçün İş Planı təsdiq olunub.

 Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: