NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində 2019-cu ildə görülən işlər və beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onbirinci sessiyasından irəli gələn vəzifələrlə əlaqədar keçirilən kollegiya iclasında Ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev bildirib ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onbirinci sessiyasında da qeyd olunduğu kimi, əhali arasında hüquq maarifi və profilaktiki tədbirlərin gücləndirilməsinin nəticəsidir ki, cinayətkarlıq üzrə göstəricilərin aşağı səviyyədə olması qorunub saxlanılıb.
Suliddin Əliyev 2019-cu ildə görülən işləri ətraflı təhlil edib. Bildirib ki, hesabat dövründə muxtar respublikanın şəhər və rayonlarında bələdiyyə fəaliyyəti ilə bağlı 16, notariat və qeydiyyat fəaliyyəti ilə bağlı 8, icra və probasiya xidməti ilə bağlı 6 tədbir keçirilib, hesabat ilində nazirliyin rəsmi elektron səhifəsi yenilənərək istifadəyə verilib. Həmçinin tələbələrin nazirlikdə və tabe qurumlarda istehsalat təcrübəsi keçmələri təmin olunub. Hesabat dövrü icra və probasiya üzrə şöbə və bölmələrin icraatına 3547 icra sənədi daxil olub, bunlardan 1556 icra sənədi tam icra olunub. Bələdiyyə orqanlarında qanunvericiliyə əməl edilməsi üçün zəruri metodiki köməklik və maarifləndirmə tədbirləri davam etdirilib.
Nazir vurğulayıb ki məhkəmə Ekspertizası Mərkəzinə müxtəlif ekspertiza sahələri üzrə 249 ekspertiza işi daxil olub.
Nazir işdə buraxılan nöqsanlardan və qarşıda duran vəzifələrdən bəhs edib.
Məruzə ətrafında çıxışlar dinlənilib, ötən il görülmüş işlərdən və qarşıda duran vəzifələrdən bəhs edilib.
Kollegiya iclasında Nazirliyin 2020-ci ilə dair iş planı təsdiq edilib, müzakirə olunan məsələ barədə qərar qəbul olunub.
Turab Hacızadə