Naxçıvan Bölməsində Rəyasət Heyətinin 2020-ci ilə olan ilk iclası keçirilib - FOTOLAR
AMEA-nın Naxçıvan Bölməsində Rəyasət Heyətinin cari ilə olan ilk iclas keçirilib. Qurumun İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən xəbərə görə, iclasda ilk olaraq Bölmənin doktorant və dissertantlarının attestasiyası keçirilib.
Bölmənin sədri, akademik İsmayıl Hacıyev iştirakçıları gündəlikdəki məsələlərlə tanış etdikdən sonra, bölmə üzrə 55 doktorant və dissertantların hesabatları dinlənilib.
Bölmə sədri doktorant və dissertantların apardıqları tədqiqatlarla bağlı fikirlərini bildirib, onlara elmi fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra bölmənin elmi-tədqiqat institutlarının Elmi şuralarının 2020-ci il üçün iş planı təsdiq olunub.
İclasda, həmçinin bölmə əməkdaşlarının 2020-ci il üçün elmi-tədqiqat planları təsdiqlənib. Bildirilib ki, bu il 6 elmi istiqamətdə 6 problemi əhatə edən 38 işin 99 mərhələdə yerinə yetirilməsi nəzərdə tutulub.
Sonda bir sıra cari məsələlərə baxılıb.