Ekologiya və Təbii Sərvətlər Nazirliyində maarifləndirici tədbir keçirilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə fəaliyyət planına uyğun olaraq mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyi məsələləri ilə bağlı maarifləndirici tədbir keçirilib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, tədbirin əsas məqsədi nazirlikdə mülki müdafiə işinin müasir tələblər səviyyəsində təşkilinə nail olmaq, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, fövqəladə hallar zamanı davranış və fəaliyyət qaydaları haqqında iştirakçılara maarifləndirməkdir.

Nахçıvаn Muхtаr Rеspublikаsı Fövqəlаdə Hаllаr Nаzirliyinin əməkdaşları mülki müdafiə işinin təşkili və aparılmasına qoyulan müasir tələblər, dəm qazından zəhərlənmə və ondan qorunma yolları və digər vacib məsələlərlə bağlı məlumat veriblər.  Mövzulara aid maarifləndirici videomateriallar təqdim edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: