Yeni ilin qədim tarixi...

A- A A+

Bu gün dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda da bəzi insanlar Yeni ili bayram edirlər. Yəni  13 yanvar – “köhnə Yeni il”dir. Bu həmdə Yeni ili iki həftə sonra daha gözəl keçirmək üçün bir şansdır. Köhnə yeni ili qeyd etmək ənənəsi Yulian təqviminin vaxtında yaranıb. Belə ki, məhz o təqvimə  görə Yeni il yanvarın 14-də başlayır. Elə isə dünyada keçirilən Yeni il ənənələrinə nəzər salaq.

Yeni il bayramının yaranmasının azı 25 əsrlik tarixi var. İlin dəyişməsini bayram etmək adəti ilk dəfə qədim Mesopatomiyada yaranıb. Eramızdan əvvəl IV minilliyin sonunda Şumer, Babilistan, Assuriya kimi bu günümüzə qədər gəlib çatan mədəni irsiylə hələ də bizi heyrətləndirən mədəniyyət mərkəzləri burada təşəkkül tapıb. Tarixçi alimlərin fikrincə, məhz həmin dövrdə burada yeni ilin gəlişi ilk dəfə bayram edilib.

Martın axırına Dəclə və Fərat çaylarında suyun səviyyəsi artanda əkin-biçin işləri başlayardı. İnsanlar yeni ilin gəlişini də elə o zaman qeyd ediblər. 12 gün ərzində təntənəli mərasimlər davam edərmiş. İnanca görə xeyir tanrısı Mərdükün şər qüvvələr və ölüm üzərində hakimiyyəti başlayardı. Bütün məhkəmə işləri cəzalar təxirə salınardı. Həmin dövrə aid gil kitabələrdən biri üzərində yazılmış mətnə görə, bu bayramda “qul ağaya çevrilərmiş”. Yeri gəlmişkən, “Karnaval” sözü Babil dilindən tərcümədə “gəmi-dəniz” deməkdir. Bu da Mərdükün Dəclədə üzməsi ilə bağlı ayinlərdən gələn ifadədir. Bayram günlərindən birində Mərdükün dəhşət ilahəsi, ilanbaşlı Tiamatla döyüş səhnəsi canlandırılardı. Nəticədə, əlbəttə ki, Mərdükün qalib gələrdi.

Babilistan əsirliyində olan yəhudilər Yeni il bayramı ənənəsini babillilərdən öyrənərək sonradan onu yunanlara ötürüblər. Yunanlar vasitəsilə isə bu ənənə Qərbi Avropaya yayılıb.

Başqa bir mənbəyə görə, Qədim Şərqdə bilirmişlər ki, ilin bir günü var ki, həmin gün ən qısa gündüz ən uzun gecəylə növbələşir. Və bu gündən sonra həyatverici Günəş səmada get-gedə daha çox bərq vurur, təbiət oyanmağa başlayır və həyat cansıxıcı qış – yəni ölüm üzərində qələbə çalır. Qədim Şərqdə müasir təqvimlə dekabrın 22-nə təsadüf edən həmin günü “Günəş qapısı” adlandırardılar. Sonralar həmin gün Günəş Tanrısı Mitranın doğum günü kimi qeyd edilməyə başlayır. Şərqə yürüş edən romalılar Mitranı da özününküləşdirirlər. Qədim Romada təqvim aylarındakı günlərin sayı müxtəlif idi. Lakin bir gün dəyişməz idi. Yeni il həmişə yanvarın 1-i gəlirdi və Mitranın doğum günü – İşığın qaranlıq üzərində qələbəsi günü də bununla üst-üstə düşürdü.

Rusiyada I Pyotrun fərmanına, əsasən 1582-ci ildə qəbul edilmiş Qriqori təqvimi Yuli təqviminə keçilib. Həmin fərmana görə yanvarın 1-i İsa peyğəmbərin təvəllüd günü ilin əvvəli kimi qəbul edilib və XVIII əsr 1701-ci il yanvarın 1-dən başlayıb.

1918-ci ildə Sovet Rusiyası Qriqori təqvimini qəbul edib. Beləliklə, Qriqori və Yuli təqvimləri arasında XX əsrdə 13 günə bərabər olan fərq aradan qaldırılıb. 1918-ci il yanvarın 31-dən sonrakı  gün fevralın 13-ü hesab edilib. Azərbaycan Respublikasında illərin hesablanması üçün əvvəlki kimi, yenə Qriqori təqvimindən istifadə olunur. Buna müvafiq olaraq yanvarın 1-i istirahət günü kimi qeyd edilir.

Yeni il bayramında yolka bəzəməyin mənası nədir? Çoxları şam ağacları bəzəmək ənənəsini də xristian diniylə əlaqləndirir. Əslində isə, həyat rəmzi olan şam ağacının bəzənməsi  tarixi xristianlıqdan əvvəl başlayıb və hansısa bir dinlə bağlı deyil. Hələ miladdan çox-çox əvvəl qədim Misirin sakinləri dekabrın ən qısa günlərində yaşıl palma ağaclarını evlərinə gətirirdilər. Bu həyatda ölüm üzərindən qələbəsinin rəmzi idi. Romalılar isə əkin Allahının şərəfinə evlərini yarpaqlarla bəzəyirdilər. Druidlər palıd budaqlarına qızıl almalar asıb qış bayramını qeyd edirdilər. Orta əsrlərdə qırmızı almalarla bəzədilmiş həmişəyaşıl ağaclar dekabrın 25-də qeyd edilən Adəm və Həvva bayramının rəmzi idi.

Zaleh Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: