Epifiz, üçüncü göz, yoxsa qəlb gözü?

A- A A+

Ölçüsü 5-8 mm, yəni mərcimək böyüklüyündə olan üzv-epifiz vəzi- beynin içində qapalı bir sahədə yerləşir. Forması şam qozasına bənzədiyinə görə latınca adı Pinealis adlanır. 100-180 mq ağırlığında olmasına baxmayaraq böyrəklərdən sonra ən çox qanla təmin olunan orqandır. Beynimizdə hər bölüm simmetrikdir, yəni 2  hissədən ibarətdir, lakin, epifiz vəzi istisnalıq təşkil edir. Epifiz vəzi melatonin hormonunu ifraz edir ki, bu da orqanizmin gündüz və gecə növbələşməsinə nəzarət edir və bədənimizin günlük ritmini nizamlayır. Melatoninlə yanaşı seratonin və DMT(dimetiltriptamin) hormonu da epifiz vəzi tərəfindən hazırlanır. Son elmi araşdırmalar epifizin gözə bənzədiyini göstərir, belə ki, eynilə gözdəki kimi epifiz vəzində də retina və buna bənzər toxumalar vardır. İslamda “qəlb gözü” anlayışının fiziki olaraq epifiz vəzi olması ehtimalı da kifayət qədər yüksəkdir. Uzaq şərqlilərin, xüsusilə hindlilərin alınlarının ortasına çəkdikləri göz şəklinin əslində epifiz vəzinin simvolu olduğu düşünülür. Bu məlumat qədim Misirdə də vardır, Misirdə qurulmuş “Horosun gözü” lövhəsinin də şəklinə baxdıqda epifiz vəzi ilə oxşarlığı diqqəti həmin an cəlb edir. Bunu təsadüflə izah etmək mümkün deyildir. Buddanın qaşlarına da nəzər yetirdikdə eyni mənzərə ilə qarşılaşırıq.

Yalnız Şərqdə yox, Qərbdə də alimlər epifiz vəzi haqqında mühüm bilgilərə sahibdirlər. Belə ki, Vatikanın ortasında şam qozası meydanı əbəs yerə inşa edilməyib. Papanın əsasında da bu simvola rast gəlinir. Məşhur fransız alimi Dekart epifiz vəzini ruh və bədənin birləşdiyi nöqtə adlandırıb.

Vəzin təəccüb doğuran bir başqa xüsusiyyəti isə eynilə göz kimi işığa həssas olmasıdır. Bu kiçik orqan qapalı və qaranlıq sahədə olmasına baxmayaraq dəri vasitəsilə işığın olub olmadığını hiss edə bilir. Məsələn, qaranlıqda vücudumuza arxadan belə işıq düşərsə vəz bunu duyur. Gözlər işıqda fəaliyyət göstərsə də epifiz vəzi tam əksinə heç işıq olmayanda belə öz funksiyasını yerinə yetirir.  

Qeyd etdiyim kimi epifiz vəzi 3 hormon ifraz edir:

1. Melatonin- Epifizin yalnız qaranlıqda ifraz etdiyi bir hormondur. Əvvəllər yuxunu nizamlamaqla bilinən bu hormon eyni zamanda daha vacib proses olan xəstəliklərə qarşı müdafiə funksiyasını həyata keçirir. Araşdırmalar göstərir ki, günəş şüası bol olan ölkələrdə xərçəng xəstəliyinə tutulanların sayı daha qaranlıq ölkələrdə yaşayanlara nisbətən 6 dəfə çoxdur. Bununla paralel olaraq korlarda xərçəngə tutulma riski normal görmə qabiliyyətli insanlara nisbətən 24 dəfə azdır. Əlavə olaraq gecə növbəsində işləyən insanların gündüz işləyənlərə nisbətən 11 dəfə daha çox xərçəngə tutulduqları müşahidə edilib.

2. Seratonin-Xoşbəxtlik hormonu- orqanizmdə bir çox funksiyanın nizamlanmasına kömək edir. İfrazı azalarsa bir sıra ruhi xəstəliklər üzə çıxa bilər.

3. DMT(dimetiltriptamin) -Ruh hormonu- Çox maraqlı bir hormondur. Bu hormonun ifrazı doğum və ölüm anında ən yüksək həddə çatır. Bundan başqa, hormon yalnız yuxuda ifraz olunur. Ləng yuxu fazasında ifrazı daha da artır. DMT bütün canlılarda var. Bəzi bitkilərdə bunun miqdarı daha çoxdur. Belə bitkilərə misal olaraq falaris qamışı və tikanlı mimozanı göstərmək olar. Bu bitkiləri yeməklə və ya qaynadıb içməklə DMT səviyyəsini yüksəltməyin mümkünlüyü bəzi ədəbiyyatlarda qeyd olunur. Şamanlar DMT ini “ayahuasca” çayından əldə edirdilər. Qarğı qamışının üzərlik toxumu ilə qarışığından əldə edilən bu çay içildikdən yarım saat sonra öz təsirini göstərir. Bu çayı içdikdən sonra insanlar işıq gördüklərini qeyd edirlər. Bir işıq yolundan keçib başqa bir aləmə daxil olurlar, hansı ki, bu aləmdə rənglər heç olmadığı qədər canlıdır və insanlar fiziki yüklərdən azad olub rahatlıq tapırlar. Ən təəccüblüsü odur ki, həmin insanlar özlərini kainatla bütünləşmiş kimi hiss edirlər. Bu halda zaman məfhumu yox olur.

Mövlana Cəlaləddin Rumi “Üzərlik toxumu qaranlığı örtdü və gerçək göründü” deyb. “Ayahuasca” çayınının hazırlanmasında qarğı qamışı və üzərlik toxumundan istifadə olunduğu məlumdur. Qarğı qamışından isə ney adlanan musiqi aləti hazırlanır. Mövlana üzərlik çayını içdikdən sonra saatlarla neydə ifa edərkən həmin çayın göstərdiyi effekti əldə edib. Bu halda isə Mövlana ölməzdən əvvəl ölümü dadma və vəhdət hissindən bəhs edir. Bu da “ayahuasca” çayını içənlərin dediyi sözlərlə eynilik təşkil edirdi. Belə olan halda maraqlı bir sual ortaya çıxır: bəs heç bir bitkidən istifadə etmədən də orqanizmdə DMT səviyyəsini yüksəltmək mümkündürmü?- Bəli, mümkündür. Belə ki, bir müddət qaranlıqda ac qalaraq buna nail olmaq olar. Beləliklə, qədimdə insanlar çox az miqdarda qida qəbul etməklə və 40 gün qaranlıqda qalmaqla bu hormonun ifrazını maksimal həddə çatdıraraq “üçüncü gözləri”ni (baş beynin fəaliyyət göstərməyən hissələrinin oyanması) aça biləcəklərini düşünürdülər. Hz. İsa “Qaranlıqda oturanlar gerçək işığı görərlər” sözünü boşuna deməyib. Lakin, bu kimi metodlardan müasir dövrümüzdə istifadə etmək təhlükəlidir və sağlamlıq üçün zərərli ola bilər.

Bəs epifiz vəzinin düşməni nədir?- Flüorlu diş məcunları. Hamımız bilirik ki, diş həkimləri bizə sağlam dişlər üçün səhər və axşam olmaqla gündə 2 dəfə dişlərimizi fırçalamağı məsləhət görürlər. Ancaq bu məcunların tərkibində dişlərə heç bir xeyri olmayan flüorun olduğu aşkardır. Və bu flüor epifiz vəzinin kirəclənməsinə səbəb olaraq onun fəaliyyətini nəzərə çarpacaq dərəcədə azaldır. Vəzi gecələr daha aktiv olduğu üçün  yatmazdan əvvəl dişlərimizi fırçaladığımız halda epifizin fəaliyyətini tam azaltmış oluruq. Bu diş məcunlarının əvəzinə qədimdə də istifadə olunan misvak bitkisindən faydalanmaq daha məqsədəuyğundur.

Çilənay Ələkbərova

AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutu Zooloji tədqiqatlar şöbəsinin böyük laborantı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: