“Naxçıvan: dünən və bu gün” mövzusunda açıq dərs keçirilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvanşünaslıq Mərkəzində elmi katib Nihat Tarverdiyev tərəfindən “Naxçıvan: dünən və bu gün” mövzusunda açıq dərs keçirilib. Dərsdə Naxçıvan şəhər ümumtəhsil məktəblərinin XI sinif şagirdləri iştirak ediblər.

Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım yerinə yetirilsin” fikirləri artıq reallığa çevrilibdir. Müasir Naxçıvan bu gün tərəqqi və inkişafın ən yüksək zirvəsindədir.

Qeyd olunub ki, cəmiyyətin inkişafının əsas şərtlərindən biri olan elm və təhsil sahəsində muxtar respublikamız yüksək nailiyyətlərə imza atıb. Şəhər, rayon və kəndlərdə təhsil müəssisələri üçün müasir binalar tikilib, ümumtəhsil məktəblərində sürətli internetə çıxışı olan kompüter və elektron lövhələr quraşdırılıb. Laboratoriyalar və fənn kabinələri şagirdlərin istifadəsinə verilib, kitabxanalar dərslik və bədii ədəbiyyatlarla təmin edilib. Naxçıvan uğurla inkişaf edir. Bu uğurların təməlində ulu öndər Heydər Əliyevin siyasəti dayanır.

Sonda məktəblilər Naxçıvanşünaslıq Mərkəzində yaradılan şəraitlə tanış olublar.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: