Dövlət Gömrük Komitəsində maarifləndirici tədbir

A- A A+

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi və Dövlət Gömrük Komitəsinin birgə fəaliyyət planına uyğun olaraq mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyi məsələləri ilə bağlı maarifləndirici tədbir keçirilib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, tədbirdə Nаzirliyin bölmə rəisi kapitan Rəcəb Səfərov mülki müdafiə işinin təşkili və aparılmasına qoyulan müasir tələblər, dəm qazından zəhərlənmə və ondan qorunma yolları mövzularında iştirakçılara məlumat verib.

 Çıxışlardan sonra mövzulara aid videoçarxlar təqdim edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: