Yerli toxum genefondu qorunur - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsinin toxum bankında toxum bankı tərəfindən 702 adda toxum nümunələri toplanıb.
“Araz” Elm İstehsalat Birliyində yaradılan toxum bankı sınaqdan çıxarılmış və yerli şəraitə uyğunlaşmış məhsuldar toxum sortlarının, eləcə də bərpa olunmuş toxumların qorunması və çoxaldılması sahəsində mühüm rola malikdir.
Qeyd edək ki, toxum bankı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı əsasında 2018-ci ildə yaradılıb. Buradakı toxum nümunələri əsasən muxtar respublikanın rayonlarından, qabaqcıl ailə təsərrüfatları və fermerlərindən toplanan bostan-tərəvəz, dənli-paxlalı bitkilər, qoz, fındıq, alça, ərik və digər meyvələrin tumlarıdır. Toplanan toxum nümunələri toxumçuluq laboratoriyasında analiz olunur. “Araz” Elm İstehsalat Birliyinin təcrübə sahələrində, birliyin Şərur dayaq məntəqəsində və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunda çoxaldılır.
Novruz Məmmədov