FHN Avtomobil Yolları Dövlət Agentliyində maarifləndirici tədbir keçirib

A- A A+

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi və Avtomobil Yolları Dövlət Agentliyinin birgə fəaliyyət planına uyğun olaraq mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyi məsələləri ilə bağlı maarifləndirici tədbir keçirilib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, nazirliyin əməkdaşları Əbülfəz Qafarov və  Azadə Cəfərova qaz təsərrüfatından düzgün istismar və istifadə qaydaları, dəm qazından zəhərlənmə və ondan qorunma yolları, məişətdə uşaq dəcəlliyindən baş verən civə dağılmaları və bu zaman atılacaq mühüm addımlar haqqında iştirakçılara məlumat verib.

Sonda mövzulara aid slaydlar və videolar təqdim edilib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: