Şagirdlərə müasir Naxçıvanın inkişaf yolları haqda məlumat verilib

A- A A+

AMEA-nın Naxçıvan Bölməsində muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün “Müasir Naxçıvan inkişaf yollarında” mövzusunda interaktiv açıq dərs keçirilib. İnteraktiv dərs muxtar respublikanın 200-dan artıq ümumtəhsil müəssisəsində izlənilib.

 Dərsi Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev aparıb.

Qeyd edilib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan öz tarixinin çətin günlərini yaşayırdı. Ermənilər tərəfindən blokadaya alınmış Naxçıvan daha ağır vəziyyətdə idi. Məhz belə bir zamanda Naxçıvan əhalisinin tələbi və təkidi ilə Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildi. Dünya şöhrətli siyasətçinin Naxçıvanda olması və yaşaması Naxçıvan Muxtar Respublikasını gözləyən təhlükələrdən və bəlalardan xilas etdi.

Vurğulanıb ki, qarşıya qoyulan bütün məsələlər Heydər Əliyev uzaqgörənliyi, cəsarət və qətiyyəti sayəsində həll edildi, Naxçıvan qorundu, onun düşmən əlinə keçməsinə imkan verilmədi.

Qeyd olunub ki, 1995-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Baş nazirinin xarici iqtisadi əlaqələr üzrə birinci müavini Vasif Talıbovun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi ilə Naxçıvanda yeni siyasi şərait yarandı, gələcək uğurlu inkişafın əsası qoyuldu və qısa zamanda bu, öz nəticələrini göstərməyə başladı. Çünki Ali Məclisin Sədri muxtar respublikanın qarşılaşdığı problemlərə bələd idi və ondan çıxış yollarını da bilirdi. Qısa müddət ərzində muxtar respublikanın həyatının bütün sahələrində əsl canlanma müşahidə olunmağa başladı. Quruculuq və abadlıq işləri geniş vüsət aldı. Həm paytaxtın, həm də bütövlükdə muxtar respublikanın bütün yaşayış məntəqələrinin yeni inkişaf konsepsiyasına uyğun qurulmasının zəruri əsasları təsis edildi.

Müstəqillik illərində, xüsusilə 1995-2019-cu illər, yəni təqribən 25 il sosial-iqtisadi inkişaf baxımından Naxçıvan Muxtar Respublikasının tarixində mühüm mərhələ təşkil edir. Həyata keçirilmiş iqtisadi islahatlar qısa dövr ərzində makroiqtisadi sabitliyin bərqərar olunmasını təmin edib, iqtisadiyyatın dinamik inkişafına təkan verib.

                                                                   Sadiq Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: