Daşınmaz əmlakın qeydiyyatı və torpaqlardan istifadəyə nəzarət 2019-cu il ərzində diqqətdə saxlanılıb

A- A A+

Yanvarın 13-də Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində 2019-cu il ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair kollegiya iclası keçirilib.

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, iclasda  xidmətin rəisi Müslüm Cabbarzadə bildirib ki, muxtar respublikada torpaqların elektron uçotunun aparılması və təyinatı üzrə istifadə edilməsinə dövlət nəzarətinin gücləndirilib, informasiya infrastrukturu təkmilləşdirilib, yeni server, təhlükəsizlik və şəbəkə avadanlıqları alınaraq quraşdırılıb. Ordubad Rayon İdarəsi müasir iş şəraiti ilə təmin olunmuş inzibati binaya köçürülüb.

Torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması üzrə əsas işlər yekunlaşdırılıb, sistem sınaq rejimində istifadəyə verilib. Kəngərli və Şərur rayonlarında, Şahbuz rayonunun 13, Sədərək rayonunun 1 yaşayış məntəqəsində daşınmaz əmlak obyektlərinin plana alınması başa çatdırılıb, il ərzində 19 min 924 daşınmaz əmlak obyekti plana alınıb.

Naxçıvan şəhəri üzrə 57 nəqliyyat infarstukturu obyektinə dair ünvan lövhələri və giriş nömrə nişanlarının sənaye üsulu ilə hazırlanması və quraşdırılması işləri başa çatdırılıb. İl ərzində yeni yaranmış 682 daşınmaz əmlak obyektinə ünvan verilib.

İl ərzində 240 ailə təsərrüfatına məxsus qeyri-yaşayış obyekti, həyətyanı təsərrüfat binaları və təsərrüfat fəaliyyəti ilə əlaqədar icarəyə verilmiş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınıb.

Qeyd edilib ki, 2019-cu il ərzində muxtar respublika üzrə 6112 daşınmaz əmlak obyekti qeydiyyata alınıb ki, bu da 2018-ci ilin göstəricisindən 13,4% çoxdur.

Hamiliyə verilmiş Naxçıvan Dövlət Universitetinin “Torpaqşünaslıq və aqrokimya”, “Geodeziya və xəritəçəkmə mühəndisliyi” ixtisaslarında təhsil alan tələbələrə nəzəri təlimlər və praktiki məşğələlər keçirilib. Yay tətili müddətində iki tələbə 3 aylıq əmək müqaviləsi bağlanılmaqla işlə təmin edilib.

Sonra məruzə ətrafında çıxışlar dinlənilib, xidmətin 2020-ci il üçün İş Planı təsdiq olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: