“İnkişaf və Tərəqqinin 25 ili ”adlı sərgi olub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Cənab Vasif Talıbovun doğum günü - 60 illik yubileyinə həsr olunan “İnkişaf və Tərəqqinin 25 ili ” adlı sərgi olub. Sərgidə  14 rəssamın 60-a yaxın əsəri sərgilənib

Tədbirdə Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva bildirib ki,  muxtar respublikada rəssamlığa göstərilən diqqət və qayğının nəticəsində rəssamlığın və təsviri sənətin inkişafı sahəsində ardıcıl tədbirlər görülüb, 1995-ci ildən ötən müddət ərzində bu sahədə ciddi dönüşə nail olunub. Belə ki, Azərbaycanın ilk realist rəssamı, professional dəzgah boyakarlığının banisi Bəhruz Kəngərlinin Muzeyi yaradılıb, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonu təşkil edilib, bu sahə üzrə Naxçıvan Dövlət Universiteti və Naxçıvan Müəllimlər İnstitutunda müvafiq ixtisaslar açılıb.

Ülviyyə Həmzəyeva sonda Ali Məclisi Sədrini  yubiley münasibətilə rəssamlar adından təbrik edib, yaradılan şəraitə görə minnətdarlıq edib. 

Yazıçılar Birliyinin sədri, şair Asim Əliyev, Naxçıvan Muxtar Respublikası Memarlar Birliyinin sədri Heydər Əhmədov, əməkdar rəssamlar  Həbibə Allahverdiyeva və Cavid İsmayılov da muxtar respublikamızın keçdiyi uğurlu inkişaf yolundan  danışıblar.

Sonra sərgiyə baxış olub.

Nurlan Sadiqov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: