“Vanderlast” jurnalı bu il də turistləri Naxçıvana çağırır - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, dünyanın məşhur turizm jurnalı olan “Vanderlast” öz saytında ekzotika həvəskarlarını bu il də Naxçıvana səyahət etməyi məsləhət görür. “Dünyagörüşünüzü genişləndirin: 2020-ci ildə gözlənilməz 9 epik yerə səyahət” başlıqlı məlumat guşəsində Azərbaycan və ayrıca olaraq Naxçıvan da yer alıb. Turistlərə ekzotik, tarixi yerlərlə, abidələrlə tanışlıq, gördüklərini uzun müddət unutmamaq üçün indiyədək sirli qalan 9 məkana – Azərbaycan, Tunis, Fillippin, Salvador, Bavariya, Eriteriya, Paraqvay, Andorra, Kosovanın əsrarəngiz yerlərinə getmək məsləhət görülür. Məlumatda Naxçıvan haqqında ayrıca və ətraflı informasiya da verilir. Muxtar respublikaya daha çox turizmin bütün sahələrinə maraq göstərənlər dəvət olunur. “Çünki Naxçıvanda  qədim sivilizasiya və mədəniyyəti, müasir şəhərsalmanı, səliqə-sahmanı, dağ səyahətini, memarlıq abidələrini, dini, sağlamlıq turizmini, bir sözlə bütün sahələri lokal bir yerdə görmək istəyənlər üçün çox maraqlı olacaq. Hər kəs də özünü burada daha rahat və möcüzələr aləmindəki kimi hiss edəcək”- deyə “Vanderlast” jurnalı yazır.  Yazıda səyahətçilərə Nuhun məzarüstü türbəsini, 12-ci əsr yadigarı Möminə xatın türbəsini və dünyaca məşhur bir insan, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin muzeyini mütləq ziyarət etmələri məsləhət görülür.   

                                                                        Anar Tağıyev

                                                                         NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: