Şagirdlər “İnkişaf edən Naxçıvan” filmini izləyiblər - FOTOLAR

305

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin hazırladığı “İnkişaf edən Naxçıvan” filminin nümayişi olub.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, filmin nümayişində Naxçıvan şəhər ümumtəhsil məktəblərinin və məktəbdənkənar tərbiyə müəssisələrinin müəllim və şagird kollektivi iştirak edib.

Filmdə muxtar respublikanın inkişafına nəzər salınır, bütün sahələrdə əsaslı inkişafın əldə olduğu göstərilir. Bildirilir ki, muxtar respublika sakinləri qovuşduqları bu xoş günlərin işığında dönüb keçmişə baxanda aradan ötən müddət ərzində sürətli inkişaf yolu keçən, gözəlləşən, müasirlə­şən muxtar respublika ilə qürur hissi duyurlar. Naxçıvan ölkədə dinamik inkişaf xəttinə uyğun, fasiləsiz aparılan irimiqyaslı quruculuq, abadlıq işlərinin fəal iştirakçısıdır. Daha xoş sabahlara böyük inamla addımlayan Naxçıvan inkişafı ilə düşmənin gözdağına çevrilib. Bunun əsas səbəbi isə yurda bağlılıq, onu daha gözəl görmək arzuları, muxtar respublika sakinlərinin yaxşı yaşamasının prioritet vəzifəyə çevrilməsidir.

Filmdə qeyd olunduğu kimi, Naxçıvanın inkişafı beş min illik tarixində yeni tarixi mərhələnin qiymətli salnaməsi, düzgün idarəetmənin nəticəsi, Vətən sevgisinin, yurd sahibliyinin misilsiz nümunəsidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: