Vəhşi heyvanlar üçün qaba yem səpilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Şahbuz Dövlət Təbiət Qoruğu ərazisində çöl heyvanlarının kompleks məskunlaşdığı ərazilərdə və miqrasiya dəhlizlərində biotexniki tədbir keçiriblər.

NUHÇIXAN xəbər verir ki,  ekoloqlar qoruğun ərazisindəki Zərnətün çayı boyunca dağ yamaclarına qaba yem səpib, daş duz qoyublar.

Ekoloqlar bildirirlər ki, dağlıq ərazilərdə qar örtüyünün çox olmasını nəzərə alaraq əvvəlcədən tədarük olunan quru ot və daş duz çöl heyvanlarının qidalanmasını xeyli asanlaşdırır, xəstəliklərə qarşı dözümlüyünü artırır, onların duza olan tələbatı ödənir.

Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: