Naxçıvan tərxunu xaricə ixrac olunur - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, muxtar respublika özünəməxsus dadlı-tamlı meyvə və tərəvəzləri, həmçinin göyərti məhsulları ilə zəngindir. Tərxun da qoxusu və tamı ilə seçilən göyərti növlərindən biridir. Naxçıvanın tərxunu Azərbaycanın bir sıra bölgələrində, həmçinin digər ölkə bazarlarında  özünə ad qazanıb.

Artıq muxtar respublikanın ailə təsərrüfatlarında bu göyərtinin becərilməsi ənənə halını alıb. Daha çox isə Babək rayonun ərazisində becərilir.  Belə nümunəvi ailə  təsərrüfatçılarından biri də Babək qəsəbəsinin Qoşadizə məhəlləsində yaşayan Habil Rzayevdir.

O, uzun illərdir öz münbit torpağında şüyüt, keşniş, ispanaq, tərxun və bir sıra bostan, tərəvəz bitkiləri əkib, becərir. Öz ailəsi ilə bu işə başlayan ailə təsərrüfatçısı, həmçinin öz ətrafında bir neçə təsərrüfatçını da birləşdirib.

Sahibkar deyir ki, hər il bu zamanlar istixanada təbii yolla heç bir kimyəvi gübrələr vermədən  ərsəyə gətirdiyi məhsulları Naxçıvan bazarlarına çıxarır, yaxşı qazanc əldə edir.       

Qeyd edək ki, ölkəmizin digər rayonlarına, həmçinin Türkiyə, Rusiya və digər ölkələrə ixrac olunan bu məhsulların gələcəkdə Birləşmiş Ərəb Əmirlikləri və Küveyt bazarlarına da çıxarılacağı gözlənilir.

Ərhan Novruzov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: