Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatı

A- A A+

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində yanvar ayının ilk 15 günü ərzində müəyyən qərarlar qəbul edilib. 

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 15 yanvar tarixli 5 nömrəli Qərarı ilə “Aqrar Sığorta Fondunun Nizamnaməsi” təsdiq edilib. Fondun yaradılmasında məqsəd aqrar sığorta sisteminin təşkilini, inkişafını, dayanıqlılığını və fasiləsiz fəaliyyətini təmin etməkdən ibarətdir.

Həmin tarixdə “Sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsinin təmin edilməsi üçün aqrar sığorta orqanının müraciətinə əlavə ediləcək sənədlərin Siyahısı”, “Aqrarsığorta predmetininTərkibi”nin və “Aqrarsığorta haqqının hər birsığorta məhsulu üzrə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsinin” təsdiq edilməsi haqqında Qərarlar qəbul edilib.

Bundan başqa, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 9 nömrəli Qərarı ilə “Ordubad Rayon Uşaq Xəstəxanası” publik hüquqi şəxsinin nizamnaməsi təsdiq edilmişdir. Xəstəxananın fəaliyyətinin məqsədi xidmət göstərdiyi əhalinin sağlamlığının qorunması və bu sahədə hüquqlarının təmin edilməsindən ibarətdir.

Eyni zamanda Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2017-ci il 9 sentyabr tarixli 86 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”nda da dəyişiklik edilmişdir.

Qeyd olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar. nakhchivan.az) tanış olmaq mümkündür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: