Futzal üzrə Yüksək Liqada qış fasiləsinin nə vaxt başa çatacağı dəqiqləşib.
NUHÇIXAN Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, komandalar mübarizəyə fevralın 20-də start verəcəklər və həmin gün XV turun qarşılaşmaları keçiriləcək.
Fevralın 24-də və 27-də isə XVI və XVII turun matçları baş tutacaq.