20 Yanvar tariximizin şərəf və qəhrəmanlıq salnaməsidir - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Kəngərli Rayon Təhsil Şöbəsinin və Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının birgə təşkilatçılığı ilə “20 Yanvar tariximizin şərəf və qəhrəmanlıq salnaməsidir” adlı tədbir keçirilib. Rayon Mədəniyyət Sarayında keçirilən tədbirdə ümumtəhsil məktəblərinin direktorları, təşkilatçıları, uşaq birliyi təşkilat rəhbərləri, müəllimlər və şagirdlər iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları 20 Yanvar faciəsinə həsr olunmuş sərgiyə baxıblar.

Sonra Kəngərli Rayon Təhsil Şöbəsinin müdiri Emin Məmmədxanlı və Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevda Quliyeva 20 Yanvar hadisələri Azərbaycan xalqının müstəqillik tarixində mühüm əhəmiyyətindən danışıblar.

Vurğulanıb ki, 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1994-cü ildə Milli Məclisin qəbul etdiyi xüsusi qərarda yanvarın 20-si Ümumxalq Hüzn Günü elan edilib.

Tədbirdə məktəblilər 20 Yanvar  faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya  təqdim edib, vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər. Faciəni özündə əks etdirən videomaterial da nümayiş edilib.

                                                                Xanım  Rüstəmzadə

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: