Klub və mədəniyyət evlərinin əməkdaşları üçün peşə kursları keçirilir - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən klub və mədəniyyət evlərinin əməkdaşları üçün peşə kursları təşkil olunub.

Naxçıvan Dövlət Uşaq Teatrında təşkil olunan yallı kursunda 15, Naxçıvan Dövlət Filarmoniyasında keçirilən rəqs kurslarında 12, Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbində keçirilən rəssamlıq kurslarında 11, Naxçıvan Dövlət Musiqili Dram Teatrında təşkil olunan dram kurslarında isə 21 nəfər iştirak edir.

Bir ay davam edəcək kurslarda öz peşələrinə dərindən bələd olan təcrübəli müəllimlər və ustalar tərəfindən kurs iştirakçılarının seçdiyi peşəyə uyğun olaraq müəyyən istiqamət veriləcək, nəzəri biliklərlə yanaşı, praktiki bacarıqların inkişafına da köməklik göstəriləcək.

Tanınmış mütəxəssislərin apardığı peşə kursları dərnək işinin keyfiyyətinin yüksəldilməsi, bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə keçirilir.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Peşə Liseyində də xalçaçılıq, toxuculuq, dülgərlik, dərzilik, misgərlik sənətləri ilə bağlı kursların  keçirilməsi də nəzərdə tutulub.

Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: