Milli azadlıq tariximiz Qanlı Yanvar - FOTOLAR

A- A A+

Naxçıvan Müəllimlər İnstitutunda  20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar “Milli azadlıq tariximiz Qanlı Yanvar” mövzusunda  elmi-praktiki  konfrans keçirilib .

NUHÇIXAN xəbər verir ki, konfransda əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İnstitutun prorektoru Azad Novruzov bildirib ki, 20 yanvarda Azərbaycan xalqı əsrlər boyu qəlbində yaşatdığı milli azadlıq və istiqlal istəyindən geri çəkilməyəcəyini, bu müqəddəs amal uğrunda hətta canından belə keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi.

Vurğulanıb ki, silahların, topların qarşısına əliyalın çıxan insanlar öz azadlıq arzularının boğulmasına imkan vermədilər və şəhidliyin ən uca zirvəsinə yüksəldilər.

Tədbirin davamında institutun tələbələrinin “20 Yanvar faciəsi tələbə gənclərin düşüncəsində”  mövzusunda ədəbi-bədii kompozisiyası dinlənilib.

Sonda “Təsviri incəsənət müəllimliyi” ixtisası tələbələrinin  20 Yanvar faciəsinə həsr olunan rəsm sərgisinə baxış olub.

 

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: