Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin elmi nəşri olan “Seismoprognosis observations in the territory of Azerbaijan” (“Azərbaycan ərazisində seysmoproqnoz müşahidələri”) jurnalının 2019-cu ildəki ikinci sayı çapdan çıxıb.
Mərkəzin informasiya şöbəsindən NUHÇIXAN-a bildiriblər ki, ingilis dilində nəşr edilən jurnalın 2019-cu ildəki ikinci buraxılışında Azərbaycan ərazisində seysmoloji, geofiziki, geodinamik sahələrdə aparılmış elmi tədqiqatların nəticələrinə dair məqalələr öz əksini tapıb.
Qeyd edək ki, beynəlxalq tələblərə uyğun çap olunan jurnalın 2019-cu ildən dövriliyi iki dəfəyə qədər artırılıb. Jurnalda məqalələr yerli və xarici mütəxəssislərin rəyi əsasında dərc edilir. Yer elmləri ilə məşğul olan alim və mütəxəssislər, eləcə də doktorant və magistrlər də jurnala öz məqalələrini təqdim edə bilərlər.