Qədim Kərkük yadigarı, qeyrət qalası Sədərəyin bağrından qoparılan çiçəyi

A- A A+

Ermənilər ilk işğalçılıq əməllərini 1990-cı il yanvar ayının 15-dən başlayaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirdilər. Hücum hədəfində Sədərək, məkirli niyyətlərində isə Naxçıvan vardı. Vahid milli ordu və lazımınca silah-sursat olmamasına baxmayaraq  vətən oğulları son damla qanına qədər vuruşdu. Dörd tərəfdən Ermənistanla əhatə olunsa da  Kərki yerli sakinlər tərəfindən aylarla  qorundu, müdaifiə olundu... Ancaq  həmin gündən davam edən şiddətli döyüşlərdən sonra yanvarın 18-də keçmiş SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə muxtar respublikanın Sədərək rayonunun Kərki kəndi ermənilər tərəfindən işğal edildi.

Hadisələrin canlı şahidlərinin sözlərinə görə, həmin gün kənd səhər saat 4 radələrindən saat 18-19-a qədər şiddətli atəşə tutulub. 30 nəfərədək Kərki sakini Şərur Rayon Polis Şöbəsinin 3 əməkdaşı ilə birlikdə 2 mindən çox silahlı erməniyə qarşı vuruşsa da, mərmi ehtiyatlarının bitməsi səbəbi ilə onlar yaşayış yerini tərk etməli olublar. Hər qarışında bir neçə minilliyin tarixini yaşadan qədim oğuz yurdu beləcə ermənilərin əlinə keçdi.

Kərki kəndinin işğalından sonra ermənilər Azərbaycanın alınmaz qalası Sədərək üzərinə silahlı basqınlar etsələr  də bu arzuları ürəklərində qaldı.

Kərkinin sakinləri isə  yeni yaradılan Yeni Kərkidə məskunlaşıb. Onlar Günnüt zəfərinin sədasının tezliklə Kərkidən  də gələcəyinə  inanırlar.  

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: