20 Yanvar faciəsi rəsm əsərlərində - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda 20 Yanvar faciəsinə həsr olunmuş sərgi təşkil edilib.

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva bildirib ki, xalqımızın qan yaddaşına yazılan 20 Yanvar faciəsi tariximizin qəhrəmanlıq səhifəsidir. Şəhidlərimizə ehtiram əlaməti olaraq muxtar respublikamızda fəaliyyət göstərən rəssamlar bu mövzuya tez-tez müraciət edirlər.

Sonra sərgiyə baxış olub.

Qeyd edək ki, sərgidə 20 rəssamın 30 rəsm əsəri nümayiş olunur. Əsərlərin içərisində gənc rəssamların tabloları xüsusilə diqqəti çəkir. Sərgi bir həftə davam edəcək.

                                                                 

                                                    Xanım Rüstəmzadə

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: