Gənclərin Xatirə Muzeyinə ekskursiyası təşkil olunub - FOTOLAR
20 Yanvar-Ümumxalq Hüzn Günü ilə əlaqədar gənclərin Xatirə Muzeyinə ekskursiyası təşkil olunub.
NUHÇIXAN xəbər verir ki, gənclərə məlumat verilib ki, ötən əsrin əvvəllərindən başlayaraq təcavüzkar erməni daşnaklarının azərbaycanlılara qarşı müxtəlif illərdə törətdikləri dəhşətli cinayətlərin izləri muzeydə nümayiş etdirilən eksponatlarda öz əksini tapıb.
Vurğulanıb ki, muzeydə gənc nəslin xalqımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik məqamına ucalanların şərəfli ömür yolunun öyrənilməsi, Vətənə, dövlətə, müstəqilliyimizə sadiq ruhda böyüməsi fəaliyyətin əsas istiqamətini təşkil edir.
Qeyd edək ki, ekskursiya Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Mədəniyyət nazirliklərinin və Gənclər Fondunun təşkilatçılığı ilə keçilib.
Röyal Kərimov